ABŞ İlon Maskı araşdırmağa başladı

İqtisadiyyat

18.12.2024 03:56

ABŞ “SpaceX” və onun qurucusu İlon Maska qarşı məxfiliyin pozulması ilə bağlı araşdırmaya başlayıb.

 

TodayPress xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.

 

Bildirilib ki, şirkət və onun meneceri tərəfindən məlumatların açıqlanması qaydalarına riayət olunmasını qiymətləndirmək üçün ən azı üç yoxlamaya başlanılıb.  Yoxlanmanın səbəbi dövlət sirrinin qorunması əsas gətirilib.

 

Vurğulanıb ki, Elon Mask və “SpaceX” dəfələrlə federal qaydalara əməl etməyiblər. Həmçinin  xarici liderlərlə görüşlərinin bəzi təfərrüatlarını təqdim edilməyib.

 

Aynur TAC

tag: Elon Mask, SpaceX, Təhlükəsizlik,ABŞ,Məxfi, todaypress.az,