ABŞ-Çin ticarət müharibəsinin ilkin nəticələri açıqlandı

İqtisadiyyat

21.03.2025 09:50

2388

Çin Amerika pambığının alışını 80 faiz, iri mühərrikli avtomobillərin isə 70 faiz azaldıb. 

TodayPress xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Bildirilib ki, mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü 40 faizdən çox azalıb. Çin fevral və ya mart aylarında bütün qeyd olunan mallara rüsumlar tətbiq edib. 

Bununla belə, bəzi digər mövqelərdə artım müşahidə olunur. Məsələn, soya idxalı 50 faiz, prosessor və çiplərin alınması isə təxminən iki dəfə artıb. Nəticədə, bu ilin ilk iki ayında ABŞ-dən ümumi idxal 2,7 faiz artaraq 27 milyard dollara yaxın olub.

Lakin bu ilin ilk iki ayında yarımkeçiricilərin istehsalı üçün istifadə olunan avadanlıqların idxalı üçdə bir azalıb.

Nəşr yazır ki, güclənən ticarət müharibəsi qeyri-müəyyənlik yaradır. Nəticədə xərclər bir neçə qat artır.

Xatırladaq ki, martın 18-dən etibarən Çin ABŞ hökumətinin tətbiq etdiyi tariflərə görə 40 gün ərzində Amerika LNG-ni idxal etməkdən imtina edib. Bu fasilə son iki ilin ən uzun fasiləsi olub. Bundan başqa, Çin fevralın 10-da Vaşinqtonun bütün Çin ixracatına rüsum tətbiq etməsinə cavab olaraq ABŞ-dən LNG tədarükünə 15 faizlik tarif tətbiq edib.

Töhfə Səməd

tag: Çin ,Amerika,Pambıq,LNG,Alış,Rəqabət,todaypress.az,