8 ölkənin tanınmış alimləri ADA-da bir araya gəldi

İqtisadiyyat

17.10.2024 11:35

“Azərbaycanda keçirilən bu forumda maşın proqramlaşdırma, süni intellekt və data elmləri sahələrində inqilabi ideyalar müzakirə ediləcək. Tədbir dünyanın bir çox aparıcı alimlərini, süni intellekt nəzəriyyəsi, yeni metodların inkişafı, tibbi, kibertəhlükəsizlik, idman və kənd təsərrüfatı kimi sahələrdə data elmləri tətbiqləri üzrə ixtisaslaşan mütəxəssisləri bir araya gətirəcək. Forumda İsrail, Portuqaliya, Cənubi Koreya, ABŞ, Rusiya və digər ölkələrdən nümayəndələr iştirak edir”.

TodayPress xəbər verir ki, bunu ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə "Süni İntellekt və Data Elmləri üzrə Birinci Avrasiya Forumu"nda deyib. 

Onun sözlərinə görə, onun rəhbərlik etdiyi universitet əvvəlcə diplomatik akademiya kimi fəaliyyət göstərib, lakin İT texnologiyalarının əhəmiyyətinin artması ilə əlaqədar İT məktəbi və mühəndislik məktəbinin diplomatik akademiya ilə birləşdirilməsi qərara alınıb.

Qeyd edək ki, ilk dəfə Azərbaycanda təşkil olunan forumda dünyanın 8 fərqli ölkəsindən tanınmış universitet və onların professorları iştirak ediblər. 

Maşın proqramlama, süni intellekt və data elmləri sahələrində inqilabi ideyaların müzakirə edildiyi tədbir dünyanın bir çox aparıcı alimlərini, süni intellekt nəzəriyyəsi, yeni metodların inkişafı və tibbi, kibertəhlükəsizlik, idman və kənd təsərrüfatı kimi sahələrdə data elmləri tətbiqləri üzrə ixtisaslaşan mütəxəssisləri bir araya gətirib. 

Töhfə Səməd

tag: Azərbaycan ,ADA ,İT ,Texnologiya, Maşın, İnkişaf ,todaypress.az,