8 ildən sonra ilk: Qara rəngli “iPhone”

İqtisadiyyat

02.08.2024 12:10

“Apple”nin “iPhone” 16 seriyalı smartfonları üçün hansı rəngləri seçdiyi məlum olub.

TodayPress xəbər verir ki, bu barədə tanınmış insayder Sonny Dixon “X” sosial şəbəkəsində paylaşım edib.

Belə ki, o, yeni modelin şəkillərini paylaşıb. Şəkillərə əsasən, flaqmanlar üç rəngdə olacaq – “Space Black”, “White” və “Natural Titanium”. İstifadəçilərin fikrincə “Space Black” versiyası rəng baxımından “Apple”ın bir neçə il əvvəl buraxdığı klassik qara “iPhone” modellərinə çox bənzəyir.

Bildirilib ki, əsl qara rəngdə olan sonuncu “Apple” smartfonu səkkiz il əvvəl çıxan “iPhone 7” olub. 

Töhfə Səməd

tag: İphone, Qara Rəng, Sonny Dixon, Smartfon, todaypress.az,