7 min 500 abonentə qazın verilişində fasilə yaranacaq

İqtisadiyyat

22.04.2025 17:30

12

Sumqayıt şəhərində 7 min 500 abonentə qazın verilişində fasilə yaranacaq. 

Bu barədə TodayPress-ə Sumqayıt Qaz İstismar Sahəsindən (QİS) məlumat verilib. 

Qeyd olunub ki,Sumqayıt şəhəri "Sumqayıt" QTM-in yaxınlığında yerləşən d530mm-lik yerüstü orta təzyiqli qaz kəmərinin karroziyaya uğramış hissəsinin dəyişdirilməsi ilə bağlı çəkilmiş qaz xəttinin aprelin 23-də saat 10:00 dan etibarən işlər yekunlaşana qədər “Azəriqaz” İB-nin Təmir Tikinti İdarəsi tərəfindən mənbəyə qoşulmaq məqsədilə “Şəhər-4” yerüstü orta təzyiqli qaz xəttinin dayandırılması planlaşdırılır. 

Bununla əlaqədar Sumqayıt şəhəri 76-cı məhəllə, Ceyranbatan qəsəbəsinin bir hissəsi, Metallurq bağları ərazisində abonentlərin qaz təchizatında məhdudiyyətlər olacaq.

tag: Sumqayıt,Qaz,Fasilə,Kəsinti,Todaypress.az,