2024-cü ilin ən gəlirli aktivinin adı açıqlandı
İqtisadiyyat
28.12.2024 09:35
İlin əvvəlində bitkoinə 100 min dollar sərmayə qoyan şəxs bu məbləğin 2,5 dəfə artacağına ümid edə bilərdi.
TodayPress xəbər verir ki, bu barədə “İzvestiya” “FinExpertiza”nın apardığı araşdırmaya istinadən məlumat yayıb.
Beləliklə, bitkoin 2024-cü ilin ən gəlirli aktivi olub. Ondan sonra qızıl gəlir. İl ərzində onun qiyməti 1.5 dəfə artıb. Bank əmanətləri isə üçüncü yerdədir.
Finam Maliyyə Qrupunun analitiki Alexander Potavin, ABŞ prezident seçkilərində Respublikaçı Donald Trampın qələbəsindən sonra müşahidə edilən bitkoinin dəyərindəki sıçrayışın yalnız artımın ilk dalğası ola biləcəyini vurğulayıb. Bu rəqəmsal aktivin sonrakı taleyi ABŞ-nin yeni hakimiyyət orqanlarının, Trampın vəd etdiyi kriptovalyuta ehtiyatını yaratmağa qərar verib-verməməsindən asılı olacaq.
Töhfə Səməd
tag: ABŞ ,Qızıl ,Prezint, Bank ,todaypress.az,