2024-cü ildə hərraclarda 5,7 milyon manatlıq nəqliyyat vasitələri satıldı

İqtisadiyyat

30.04.2025 13:04

62

Ötən il hərraclarda satılan nəqliyyat vasitələrinin satış qiyməti 5,7 mln. manat olub.

Bu barədə TodayPress-ə Əmlak Məsələləri Dövlət Xidmətindən verilən məlumata əsasən, hesabat dövründə 210 nəqliyyat vasitəsinin satışı rəqabətli keçirilib.

Bununla da dövlət büdcəsinə əlavə olaraq 482,5 min manat vəsaitin köçürülməsinə imkan yaranıb.

Qeyd edək ki, adətən hərraclarda avtomobillərin qiyməti başlanğıc qiyməti 1200 manatdan başlayaraq 50 min manata qədər yüksəlir.

tag: ƏMDX,2024,Hərrac,Gəlir,Todaypress.az,