14.224 fərdi yaşayış və bağ evinə çıxarış verildi

İqtisadiyyat

29.04.2025 13:13

11

2025-ci ilin ilk rübü ərzində fərdi yaşayış və bağ evi üzərində 14.224, mənzil üzərində 19.200, torpaq sahəsi üzərində isə 49.386 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib. 

Bu barədə TodayPress-ə Əmlak Məsələləri Dövlət Xidmətindən verilən məlumata əsasən, çoxmərtəbəli yaşayış binası üzrə 48, çoxillik əkmələr üzərində 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb.

Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 20.746-sı Bakının, qalan hissəsi isə bölgələrin payına düşüb. 

Bu ilin yanvar-mart ayları ərzində 60.412 texniki pasport tərtib edilib, 14.444 ipoteka müqaviləsi qeydiyyata alınıb.

tag: Əmlak Məsələləri Dövlət Xidməti,Ev,Bağça,Çıxarış,Todaypress.az,