13, 20 və 27 may tarixlərində hərrac keçiriləcək

İqtisadiyyat

06.05.2025 13:37

8

 İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 13, 20 və 27 may tarixlərində keçiriləcək hərraclara 192 nəqliyyat vasitəsi və texnika çıxarılıb.

Bu barədə TodayPress-ə Dövlət Xidmətindən məlumat verilib.

13 may tarixində keçiriləcək hərraca 68 nəqliyyat vasitəsi çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 1978-2013-cü illəri əhatə edir.

20 may tarixində keçiriləcək hərraca 55 nəqliyyat vasitəsi çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 1997-2014-cü illəri əhatə edir. 

27 may tarixində keçiriləcək hərraca 67 nəqliyyat vasitəsi və 2 texnika çıxarılıb. 

Avtomobillərin buraxılış tarixləri 1987-2012-ci illəri əhatə edir. Toxum səpən “TS-24” və toxum təmizləyən “AGTR-1” markalı texnikaların isə istehsal tarixləri 2011-ci ildir.

Lot şəklində çıxan texnikaların ilkin satış qiyməti 4.150 manat təşkil edir. 

Hərraca çıxarılan dövlət əmlaklarının tam siyahısı ilə https://clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq olar. İştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.   

tag: Hərrac,Elan,İqtisadiyyat,Maliyyə,Todaypress.az,