"YouTube" yeni funksiyanı istifadəyə verir

İKT

29.03.2025 13:07

1174

"YouTube" tərtibatçıları "Premium" abunəçiləri üçün yeni funksiya əlavə edib. 

TodayPress xəbər verir ki, bu barədə "Android Authority" portalı məlumat yayıb. 

Yeniliyə əsasən, istifadəçilər başqalarına reklamsız videolar göndərə biləcəklər.

Linki alanlar abunə haqqını ödəməsələr belə, videoları kəsilməyəcək. 

Funksiya hazırda məhdud sayda istifadəçi üçün əlçatandır. ABŞ, Kanadada sınaqdan keçirilir.

Şirkət xidməti tam istifadəyə verməzdən əvvəl istifadəçilərin reaksiyalarını öyrənəcək. 

Türkan İsgəndərli

tag: YouTube,Platforma,Funksiya,Premium,Todaypress.az,