“YouTube Shorts” üçün vaxt limiti gəlir
"YouTube" qısa videoların (Shorts) izlənmə müddətini məhdudlaşdırmaq üçün yeni funksiya üzərində çalışır. Bu barədə məlumatlar tətbiqin beta versiyasının kodunda aşkarlanıb.
TodayPress xəbər verir ki, bu haqda “TechCrunch” yazıb.
“Android Authority”nin təhlilinə əsasən, yeni funksiyaya görə istifadəçilər “Shorts” izləməsinə gündəlik limit təyin edə biləcəklər. Limitə çatıldıqda videoların avtomatik ardıcıl oynadılması dayandırılacaq.
Qeyd edək ki, bu məhdudiyyət tam bloklanma deyil. İstifadəçi istədikdə videoları əl ilə açaraq izləməyə davam edə biləcək.
Qiymət Mahir
tag: YouTube,Shorts,Funksiya,Beta,todaypress.az,