“Yandex Cloud”un əsas şəbəkə zonasında enerji qəzası oldu
“Yandex Cloud” bulud platformasında ciddi texniki nasazlıq baş verib.
TodayPress xəbər verir ki, buna “ru-central1-b adlı” server zonasındakı enerji təchizatı qəzası səbəb olub. Platformanın rəsmi məlumatına əsasən, bu zona tamamilə əlçatmaz vəziyyətə düşüb.
Bildirilib ki, “ru-central1-b” zonasında qidalandırıcı yarımstansiyada baş verən qəza səbəbindən enerji təchizatı tam kəsilib. Şirkətin mütəxəssisləri hazırda enerji təminatı təşkilatı ilə birlikdə problemin səbəbini araşdırır və təchizatın tezliklə bərpası üzərində çalışırlar.
“Zonada enerji tam yoxa çıxıb. Qidalandırıcı yarımstansiyadan gələn güc yoxdur. Komanda enerji təchizatı şirkəti ilə əlaqədədir və hazırda enerjinin bərpası gözlənilir” insident reyestrində qeyd olunub.
Qiymət Mahir
tag: Yandex,Qəza,Server,Bulud,todaypress.az,