"Xiaomi" yeni smartfonu təqdim etdi

İKT

04.03.2025 11:33

1059

Çinin “Xiaomi” şirkəti Barselonada keçirilən Mobil Dünya Konqresində yeni flaqman smartfonu “Xiaomi 15 Ultra”nı təqdim edib.

TodayPress xəbər verir ki, bu barədə "İnterfaks" agentliyinin məlumat yayıb.     

Cihaz 6,7 düymlük ekran, "Sony Group" sensorları və "Leica Camera" optikası ilə təkmilləşdirilmiş dörd kameralı sistem ilə təchiz olunub.

Qeyd edək ki, “Xiaomi 15 Ultra”nın qiyməti 1499 avrodur.

Şirkət qlobal smartfon bazarında “Samsung” və “Apple”dan sonra üçüncü yeri tutur. 

IDC-nin məlumatına əsasən, 2024-cü ildə “Xiaomi”nin smartfon tədarükləri 15% artıb.

Bununla belə, Çin şirkətinin səhmləri bazar ertəsi Honq-Konq birjasında 1,7% ucuzlaşıb.

Nicat Osman

tag: Çin,Xiaomi,Barselona,Mobil Dünya Konqresi,Sony Group,todaypress.az,