"Xiaomi" yeni smartfon nümayiş etdirdi

İKT

18.03.2025 18:50

1548

"Xiaomi" qiyməti təxminən 157 manat olan ucuz smartfonunu buraxıb.   

TodayPress xəbər verir ki, bu barədə "GSMArena" portalı məlumat yayıb. 

Yeni məhsul - "Redmi A5 4G"nin HD+ təsvir ölçüsünə və 120 Hz təzələnmə tezliyinə malik 6,88 düymlük IPS ekranla təchiz edilib. Ekranın təfərrüatlı spesifikasiyası hələ açıqlanmayıb. 

Smartfon həmçinin 4 və ya 6 GB RAM və 64 və ya 128 GB daxili yaddaşa malikdir  "Redmi A5 4G"nin digər parametrləri arasında 32 MP təsvir ölçülü əsas kameranın, 18 Vt doldurmanı dəstəkləyən 5200 mAh batareyanın olması qeyd olunur.

Cihaz 15 Vt gücündə şarj cihazı ilə gəlir. 

Türkan İsgəndərli

tag: Xiaomi ,Smartfon ,Təqdimat,Yeni,Todaypress.az,