"Xiaomi" qlobal avtomobil bazarına çıxma tarixini açıqladı

İKT

05.03.2025 13:14

2532

Çinin İT nəhəngi "Xiaomi"nin elektrik avtomobilləri 2027-ci ildən qlobal bazara çıxarılacaq.   

TodayPress xəbər verir ki, bu barədə "Car News China" agentliyi şirkətin prezidenti Uilyam Luya istinadən məlumat yayıb.   

Lu açıqlayıb ki, "Xiaomi"nin əsas məqsədi Çin avtomobil bazarında öz mövqeyini gücləndirmək, daha sonra Avropaya inteqrasiya etməkdir.   

Hazırda brendin sırasına "SU7" və "YU7" krossoveri, həmçinin 1548 at gücündə üç motorlu quraşdırma və zəngin avadanlıqla ekstremal "SU7 Ultra" daxildir.

"Ultra" 0-dan 100 km/saat həddinə 1,98 saniyəyə çatır.

Beynəlxalq dilerlər "Ultra"nın qiymətinin 112 min ABŞ dollarından çox olacağını proqnozlaşdırırlar.

"SU7" isə təxminən 44 minə təklif olunur. 

Töhfə Səməd

tag: Xiomi,Avtomobil,İstehsal,Qlobal Bazar,Todaypress.az,