"Xiaomi" çıxarıla bilən obyektivli smartfon ixtira etdi
Çinin "Xiaomi" korporasiyası çıxarıla bilən obyektivli smartfonun prototipini təqdim edib.Çinin "Xiaomi" korporasiyası çıxarıla bilən obyektivli smartfonun prototipini təqdim edib.
TodayPress xəbər verir ki, bu barədə şirkət "X"da məlumat yayıb.
Şirkət telefonu Barselonada keçirilən "MWC 2025" konfransında nümayiş etdirib. "Xiaomi" mühəndisləri tərəfindən ixtira edilmiş modul qurğunun arxa panelində maqnitlərdən istifadə edərək çıxarıla bilən obyektiv bağlanan eniş platforması var. Korporasiya hesab edir ki, bu mobil fotoşəkillərin keyfiyyətini artıracaq.
Təqdim olunan 35 mm-lik obyektiv f/1.4 diafraqma və 100 meqapiksel təsvir ölçülü sensor alıb. "Wccftech" nəşrinin jurnalistlərinin fikrincə, bunlar adi smartfonların kamerası üçün əlçatmaz göstəricilərdir. Aksessuar həmçinin əlavə enerji təchizatı tələb etmir - obyektiv enerjini smartfonun akkumulyatorundan alır.
Şirkət həmçinin qeyd edib ki, istifadəçilər müxtəlif tapşırıqlar üçün bir neçə linzaya sahib ola və lazım olduqda onları dəyişə bilərlər. Modul Optik Sistem maqnit platforması məlumatların cihazdan kameraya ötürülməsi zamanı son dərəcə aşağı gecikmə müddətini təmin edir. "Xiaomi", məlumatların saniyədə 10 giqabitə qədər sürətlə ötürülə biləcəyini söyləyib.
Çinin İT nəhənginin nümayəndələri belə smartfonun nə vaxtsa satışa çıxarılıb-çıxmayacağını dəqiqləşdirməyiblər.
Töhfə Səməd
tag: Xiaomi,X,MWC 2025,Barselona,Wccftech,Smartfon,Çin,todaypress.az,