Xakerlərin smart cihazlara müdaxilələri artır
İKT
30.01.2025 16:50
Dünyanın müxtəlif ölkələrində çoxmənzilli binaların sakinlərinin smart cihazlarına giriş əldə edən və onların məlumatlarını oğurlayan xakerlərin fəallığı artıb.
TodayPress xəbər verir ki, bu barədə “RİA” məlumat yayıb.
Qeyd olunub ki, hücumçular ağıllı cihazlara giriş əldə etmək üçün saxta kliklər yaradır, reklamları təqlid edir.
Onların əsas hədəfi standart təhlükəsizlik parametrləri və ya köhnəlmiş proqram versiyaları olan cizahlardır.
Cizahlara giriş əldə etmək üçün fırıldaqçı zərərli proqram təminatını öz cihazına yükləyir və bununla qadcetə və şəxsi məlumatlara çıxış əldə edir.
Bundan əlavə, yoluxmuş qadcetlər fırıldaqçıların əmrlərini yerinə yetirirlər: saxta kliklər yaratmaq və ya virus hücumlarını həyata keçirmək üçün reklam resurslarına sorğu göndərirlər.
Hazırda belə hücumlar ən çox ABŞ , Tayvan, Vyetnam , Braziliya , Honq Konq və Türkiyədə qeydə alınır.
Nicat Osman
tag: Cizah ,Klik,Reklam,İKT,Təhlükə,Todaypress.az,