“Windows” təkmilləşir
“Microsoft” korporasiyası “Windows” əməliyyat sisteminin yeni funksiyalarını izləmək üçün “Windows Roadmap” veb-saytını istifadəyə verib.
TodayPress xəbər verir ki, bu barədə şirkətin bloqunda məlumat verilib.
Bildirilib ki, “Windows Roadmap” “Microsoft” veb-saytında “Windows 11”in yeni funksiya və imkanlarına həsr olunmuş bölmədir.
Şirkətdən verilən məlumata görə, onlar əməliyyat sisteminin inkişafında daha çox aydınlığa ehtiyac olduğunu hiss etdikləri üçün belə bir xidməti istifadəyə veriblər.
“Windows Roadmap”dən istifadə edərək, hazırda əməliyyat sistemində hansı funksiyaların sınaqdan keçirildiyini və onların nə vaxt əlçatan olacağını görmək mümkündür.
Aysel Mətləb
tag: Windows,Windows Roadmap,Təkmilləşmə,Yenilik,Proqram,Todaypress.az,