“Windows Notepad” yeni xüsusiyyətləri əldə edir
“Microsoft Notepad”ə süni intellektlə (AI) işləyən xülasə yaratma xüsusiyyəti əlavə olunub.
TodayPress xəbər verir ki, bu barədə “The Verge” məlumat yayıb.
Bildirilir ki, yeni funksiyadan istifadə etmək üçün sadəcə mətni seçib, sağa klikləyib "Xülasə" seçimini basmaq kifayətdir.
Alət yalnız xülasələr yaratmağa deyil, həm də onların uzunluğunu tənzimləməyə imkan verir.
Bununla belə, “Windows 11”dəki digər AI xüsusiyyətləri kimi, yeni funksiya “Microsoft” hesabına daxil olmağı tələb edir.
AI ilə əlaqəli xüsusiyyətlərə əlavə olaraq, “Microsoft” digər yeni funksiyaları da sınaqdan keçirir.
Aysel Mətləb
tag: Windows, Proqram,Microsoft, Kompüter, Qlobal, todaypress.az,