“Windows” istifadəçilərinə qadağa

İKT

03.04.2025 15:51

2564

“Microsoft” bir milyarddan çox istifadəçiyə təsir edəcək yeni hesaba giriş sistemini təqdim etməyi planlaşdırır.   

TodayPress xəbər verir ki, bu barədə “Windows Central” portalı məlumat yayıb.   

Nəşrin məlumatına görə istifadəçilərə daxil olmaq üçün biometrik keçid açarları təklif olunacaq.

Bu dəyişiklik təhlükəsizliyi artırmaqla yanaşı, həm də xaker hücumlarının qarşısını almağa və giriş prosesini sadələşdirməyə kömək edəcək.   

“Microsoft”un fikrincə, ənənəvi parollar artıq müasir təhlükəsizlik standartlarına cavab vermir.   

Bundan əlavə, “Apple” və “Google” kimi digər texnologiya nəhəngləri də oxşar sistemlər tətbiq edirlər.

Onlar hesab edirlər ki, bu metod məlumat oğurluğu riskini əhəmiyyətli dərəcədə azalda bilər.   

Qeyd edək ki, ənənəvi parollardan tamamilə imtina üçün vaxt hələ açıqlanmayıb.   

Aysel Mətləb

tag: Windows, Proqram,Microsoft, Kompüter, Qlobal, todaypress.az,