”Windows 11” “iPhone” dəstəyi əlavə etdi

İKT

31.01.2025 10:42

“Microsoft” “Windows 11” əməliyyat sisteminin beta versiyasında “Apple” smartfonlarına dəstək elan edib. 

TodayPress xəbər verir ki, bu barədə “Windows Insiders” məlumat yayıb.

“iPhone” dəstəyi “Apple” smartfon sahiblərinə telefonu götürmədən kompüter ekranında batareyanın səviyyəsini, mesajları və zəngləri yoxlamağa imkan verəcək. 

Bununla belə, “iPhone”da media faylına giriş məhdudlaşdırılacaq.

Şirkət həmçinin bildirib ki, yeni funksiya “Windows 11 Insider Preview Build 4805” və “26120.3000”də yaradılıb. 

“iPhone”un başlat menyusunda görünməsi üçün telefonunuzda “Bluetooth” aktiv olmalıdır və kompüteriniz “Bluetooth LE” bağlantılarını dəstəkləməlidir.

Nicat Osman

tag: Microsoft,Windows 11,Cihaz,Apple,Todaypress.az,