"Windows 11" "Android" tətbiq dəstəyini deaktiv edəcək
“Microsoft” korporasiyası “Windows 11” sistemində mobil proqramlar üçün dəstəyi dayandırmağa hazırlaşır.
TodayPress xəbər verir ki, bu barədə “Windows Latest” nəşri qeyd edib.
Bildirilib ki, "Microsoft" martın 5-də "Android" üçün "Windows Alt Sistemi" (WSA) texnologiyasını ləğv edəcək.
WSA, "Android" üçün yaradılmış proqramların "Windows" əməliyyat sistemindən işə salınmasına imkan verən alt sistemdir.
Şirkət bundan sonra bu sahəni inkişaf etdirməyəcəklərini qeyd edib.
"Windows Latest" məlumat verir ki, "Android" üçün WSA yeni "Windows 11"in əsas xüsusiyyətlərindən biri idi.
Hazırda "Windows" üçün üçüncü tərəf emulyatorları və "Android" proqramları ilə işləmək üçün xidmətlər hazırlanır.
Töhfə Səməd
tag: Android,Windows 11,Proqram,Deaktiv,Todaypress.az,