"Whatsapp"ın yeni funksiyası ilə bağlı VACİB XƏBƏRDARLIQ

İKT

27.12.2024 20:30

"Whatsapp"ın yeni aktivləşən "ekran paylaş" funksiyası üzərindən kiberdələduzluq halları baş verir.

 

TodayPress xəbər verir ki, İKT üzrə ekspert Elvin Abbasov bu barədə sosial şəbəkə hesablarında bildirib.

 

Ekspert tanımadığımız nömrələrdən gələn görüntülü zəngləri qəbul etməməklə bağlı xəbərdarlıq edib:

 

"Belə ki, "Whatsapp" üzərindən müxtəlif xarici nömrələr ilə zəng edərək özlərini güc sturukturlarının əməliyyatçısı kimi təqdim edən dələduzlar, daha öncədən şəxsi məlumatları sosial mühəndislik yolu ilə əldə edilən vətəndaşa öz məlumatlarını təqdim edərək "bank tətbiqinizə müdaxilə olub" deyərək vətəndaşdan ekran görüntüsünü paylaşmaqlarını tələb edirlər. Vətəndaş ekranı paylaşdıqdan sonra isə OTP kodu göndərilir və ekranda görünən kodu əldə edirlər. Dərhal vətəndaşın bank hesabına daxil olaraq mövcud vəsaiti və vətəndaşın adına kredit alaraq öz hesablarına köçürürlər".

 

Mütəxəssiz,diqqətə çatdırıb ki, adətən aşağıdakı nömrələrdən istifadəçilərə zəng edilir və nömrələr tez-tez dəyişir:

 

+35794064812

+94457002169

+94457993597

 

Ekpert vurğulayıb ki, xarici nömrələrdən gələn görüntülü zəngləri açmaq təhlükəlidir.

 

Günəş Mərd

 

tag: Whatsapp, Funksiya,Sosial Şəbəkə,Elvin Abbasov, todaypress.az,