"WhatsApp"dan yeni funksiya
İKT
08.09.2024 09:30
"WhatsApp"da qrup zənglərinin təşkili üçün daha rahat funksiya əlavə ediləcək.
TodayPress xəbər verir ki, bu barədə “WABetaInfo” məlumat yayıb.
Yenilik artıq "Android"in bir sıra versiyalarında tətbiq edilməyə başlanıb. Belə ki, həmin şəxslər qrup söhbətlərində paylaşılabilən zənglərə qoşulmaq üçün keçidlər yaratmaq imkanı əldə ediblər. Bununla da istifadəçilər sadəcə keçidə klikləməklə zənglərə istədikləri vaxt qoşula bilirlər.
Qeyd edək ki,
bu funksiya hələ ki, "Android" cihazlarında və mesajlaşma proqramının
beta versiyasında görünür.
Töhfə Səməd
tag: Funksiya,Android,Qrup,Zəng,Whatsapp,todaypress.az,