“WhatsApp”da yeni funksiya işə düşdü

İKT

19.08.2024 11:47

"WhatsApp”da söhbətlər və zənglər siyahısında “sevimlilər” bölməsi olacaq. 

TodayPress xəbər verir ki, bu barədə “WABetaInfo” məlumat yayıb.

Mütəxəssislər bildiriblər ki, həmin bölmə xidmətin “iOS” cihazları üçün nəzərdə tutulmuş yeni versiyasında ortaya çıxıb. 

“Sevimlilər”ə əlavə edildikdən sonra kontaktlar daha sürətli çıxış üçün nəzərə çarpacaq şəkildə göstəriləcək.

Mütəxəssislər funksiyanın artıq “iOS” istifadəçiləri üçün əlçatan olduğunu, yaxın həftələrdə digər hesablarda da görünəcəyini bildiriblər.

Töhfə Səməd

tag: Funksiya, Sevimlilər,WhatsApp, İOS,Mütəxəssislər , todaypress.az,