“WhatsApp”da daha bir funskiya

İKT

07.09.2024 17:14

“WhatsApp” tərtibatçıları konfrans zəngləri yaratmaq üçün rahat funksiya əlavə etməyi planlaşdırır.

TodayPress xarici mediaya istinadən xəbər verir ki, hazırda funksiya yalnız Android cihazlarında və messencerin beta versiyasında mövcuddur.

Belə ki, istifadəçilər qrup çatlarında konfranslar yarada, eyni zamanda bütün iştirakçıları xəbərdar edə bilərlər. 

Bu funksiya bütün istifadəçilər üçün əlçatan olduqdan sonra bildirişlərdən yayınmadan xüsusi keçiddən istifadə edərək zəngə qoşula biləcəklər.

Hazırlanmış funksiya “Zoom”da və qrup zəngləri üçün digər xidmətlərdə olduğu kimi işləyəcək. 

Günəş Mərd

tag: Funksiya ,Zəng, Qrup, Xidmət, Watsapp,todaypress.az,