"WhatsApp"a yeni funksiya gəldi: Artıq telefona ehtiyacınız yoxdur
İKT
28.10.2024 17:20
“WhatsApp”a istifadəçilər tərəfindən daha əvvəl tələb olunan yeni funksiya gəlib.
TodayPress xəbər verir ki, bu funksiya sayəsində artıq yeni kontaktları asanlıqla əlavə edə bilərsiniz.
Belə ki, indiyədək kontaktları əlavə etmək üçün mobil cihazınızdan telefon nömrəsi yazmalı və ya QR kodu skan etməli idiniz.
Lakin yeni funksiya ilə "WhatsApp Web" və "Windows"da kontaktları əlavə etmək mümkün olacaq. Gələcəkdə bu funksiya digər qoşulmuş cihazlar üçün də keçərli olacaq.
Həmçinin telefonunuzu itirdiyiniz və ya cihazları dəyişdiyiniz halda "WhatsApp"da saxladığınız kontaktlar bərpa olunacaq.
tag: Watsapp, Funksiya, QR Kod, Mobil Cihaz, İstifadəçilər, todaypress.az,