“WhatsApp” istifadəçiləri səsli mesajları mətnə çevirərək tərcümə edə biləcəklər
İKT
13.07.2024 08:48
“Meta”-ya məxsus “WhatsApp”
hazırda istifadəçilərə mesajları birbaşa proqram daxilində müxtəlif dillərə tərcümə
etməyə imkan verən qabaqcıl funksiyanı sınaqdan keçirir.
TodayPress xəbər
verir ki, bu funksiya istifadəçilərə mesajları birbaşa proqram daxilində müxtəlif
dillərə tərcümə etməyə imkan verir. İlkin olaraq istifadəçilər bu funksiyadan
istifadə etmək üçün dil paketlərini yükləməli olacaqlar. İngilis və hindi dilləri
ilk dəstəklənən dillərdir. Gələcəkdə daha çox dilin əlavə ediləcəyi gözlənilir.
Hələlik funksiya bütün beta versiya istifadəçiləri üçün aktiv olmasa da bunun
yaxın günlərdə bunun baş tutacağı gözlənilir.
Nəzrin Cavadzadə
tag: todaypress.az, WhatsApp, Səsli mesaj, Tərcümə, Beta,