Vatikan uşaqlar üçün video oyun hazırladı
Müqəddəs Taxt-Tac uşaqlar üçün maarifləndirici video oyun təqdim edib.
TodayPress xəbər verir ki, “Minecraft” əsaslı və “Peter is Here” adlanan video oyun gənc nəsillərə Vatikanın mədəni irsini tanıtmaq məqsədi daşıyır.
Oyunda istifadəçilər Müqəddəs Pyotr Kilsəsini kəşf edəcək və ətraf ərazidəki tarixi əsərlər haqqında məlumat alacaqlar.
Bu addım müasir dünyada uşaqların ekran qarşısında daha çox vaxt keçirdiyi və “Minecraft”ın oyun dünyasında əhəmiyyətli bir yer qazandığı üçün atılıb.
Video oyunda xristian dünyasının simvolik tikililərindən sayılan və ən böyük kilsəsi olan Müqəddəs Pyotr Bazilikası 3D təsviri, 3D rekonstruksiyası, binanın salonları, sənət əsərləri, heykəllər və mozaikalar təsvir olunur.
tag: Vatikan,Uşaqlar,Video Oyun,Minecraft,Müqəddəs Pyotr,Bazilika,Todaypress.az,