Tramp "TikTok"la bağlı qərar verdi
ABŞ
prezidenti Donald Tramp ölkədə "TikTok" xidmətinin fəaliyyətinin
uzadılması barədə qərar verib.
TodayPress
xəbər
verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsində bildirib.
"Mən
TikTok-un daha 75 gün açıq qalması üçün sərəncam imzalayıram" deyə o
bildirib.
Ağ
Ev rəhbəri deyib ki, onun administrasiyası “TikTok-u xilas etmək üçün
sövdələşmə üzərində çox çalışıb” və “böyük irəliləyiş” əldə edib.
“Biz
bu razılaşmanın reallaşması üçün TikTok və Çin ilə işləməyi səbirsizliklə
gözləyirik”deyə ABŞ prezidenti əlavə edib.
tag: Tiktok, Sosial Şəbəkə, Tramp, ABŞ, Fəaliyyət, todaypress.az,