“TikTok”a 530 milyon avro cərimə
Avropa İttifaqında şəxsi məlumatların qorunmasına nəzarət edən İrlandiya Məlumatların Mühafizəsi Komissiyası (DPC) “TikTok”un Avropadakı istifadəçi məlumatlarını Çinə ötürdüyünü və bu prosesdə şəffaflıq tələblərini pozduğunu açıqlayıb.
TodayPress xəbər verir ki, bu səbəbdən platforma 530 milyon avro cərimələnib və ona 6 ay müddətində fəaliyyətini Aİ qaydalarına uyğunlaşdırmaq tapşırılıb.
Qeyd edək ki, “TikTok” 2023-cü ildə də oxşar səbəblə 345 milyon avro cərimə almışdı. İrlandiya bu sahədə Aİ-nin əsas tənzimləyici orqanıdır.
Qiymət Mahir
tag: Avropa İttifaqı,TikTok,Çin,Avropa,Cərimə,todaypress.az,