Təyyarə qəzalarının qarşısı alınacaq - YENİLİK

İKT

16.11.2024 11:08

Alimlər hava səyahətləri zamanı sərnişinləri sarsıdan və qorxudan turbulentlik probleminə həll tapdıqlarını açıqlayıblar.

TodayPress xəbər verir ki, Kaliforniya Texnologiya Universitetinin tədqiqatçıları süni intellekt sistemini təyyarənin idarə edilməsinə daxil edəcəklərini bildiriblər. Qeyd edilib ki, yeni sistemdə süni intellekt pilotdan əvvəl hava təzyiqi, temperatur və sürət kimi məlumatları hesablayacaq və mümkün turbulentliyə qarşı təyyarənin mövqeyini millisaniyələr ərzində tənzimləyəcək.

90 faiz dəqiqliyi təmin edən sistemin tezliklə hava gəmilərinə əlavə ediləcəyi bildirilib.

tag: Təyyarə, Kaliforniya, Yenilik, Alimlər, Süni İntellekt, todaypress.az,