“Tesla” sürücüləri risklərdən danışdı
İKT
05.11.2024 14:00
“Business Insider” jurnalının jurnalistləri “Tesla” avtopilotunu sınaqdan keçirən sürücülərlə həmsöhbət olublar.
TodayPress xəbər verir ki, material jurnalın saytında yerləşdirilib.
Sürücülər etiraf ediblər ki, “Tesla” onlardan yolda riskli vəziyyətlər yaratmağı tələb edir. Bu yanaşma proqram təminatının təkmilləşdirilməsi prosesini sürətləndirə, lakin sürücülərin və ictimai yollarda olan insanların təhlükəsizliyini riskə ata bilər.
Onlardan biri sınaq zamanı az qala velosipedçini vuracağını etiraf edib:
“O, dəhşətə gəldi. Maşın ona tərəf istiqamətləndi və mənim edə biləcəyim tək şey əyləci basmaq oldu”.
Digər sürücü isə bildirib ki, bir neçə dəfə avtopilotun yalnışlığı uçabtından avtomobili piyadanın üzərinə sürüblər.
Xatırladaq ki, oktyabrın sonunda “Tesla” ucuz elektrik avtomobilini satışa çıxaracağına söz verib. Belə maşınların 2025-ci ilin əvvəlində istehsala başlaması gözlənilir.
Günəş Mərd
tag: Tesla, Sürücülər, Velosiped, Avtomobil,Business Insider, todaypress.az,