"Tesla" səhmləri ağlasığmaz səviyyələrə düşdü

İKT

07.04.2025 20:04

16

Aprelin 7-də Amerika avtomobil istehsalçısı "Tesla"nın səhmlərinin qiyməti ilkin ticarətdə 214 dollara düşüb. 

TodayPress xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Məlumata görə, səhmlərin dəyərindəki bu eniş ABŞ prezidenti Donald Trampın elan etdiyi ticarət müharibəsi ilə əlaqələndirilir. 

Ekspertlər bildiriblər ki, Trampın idxal rüsumlarını artırması qlobal bazarlarda panika yaradıb. İnvestorlar bu addıma son dərəcə mənfi reaksiya verib və bir sıra əsas fond bazarlarında ardıcıl olaraq hər gün bir neçə faiz itki müşahidə olunur.

Qeyd edək ki, "Tesla" səhmləri ötən ilin sonlarında, prezident seçkilərində Trampın qalib gəlməsi fonunda ən yüksək səviyyəyə çatmışdı. Lakin hazırda baş verən hadisələr Mask və "Tesla" üçün vəziyyəti xeyli çətinləşdirib.

Aysel Mətləb

tag: Tesla,ABŞ,Tramp,Avtomobil,todaypress.az,