Tesla robotaksini işə salmağa hazır deyil

İKT

15.05.2025 12:45

29

Amerikanın "Tesla" korporasiyası sürücüsüz taksinin istifadəyə verilməsi ilə bağlı problemlər yaşayır.

TodayPress xəbər verir ki, bu barədə “The Information” məlumat yayıb.

Media jurnalistləri xatırladıblar ki, şirkətin rəhbəri İlon Mask yayda robotaksisləri işə salacağına söz verib. Lakin korporasiyadakı mənbələr bunun baş vermə ehtimalının az olduğunu bildiriblər. Belə ki, "Tesla" hələ ki, sürücü-operator səfərə nəzarət etmədən avtomobillərini sınaqdan keçirməyə başlamayıb.

Ekspertlər vurğulayıblar ki, tam avtonom taksi sınaqlarına keçmədən şirkət Amerika bazarına daxil ola bilməyəcək. Müəlliflər qeyd ediblər ki, “Tesla" müştərilər üçün pilot xidmətə başlamazdan əvvəl bu, vacib addımdır.

Məqalədə deyilir ki, pullu robotaksi sürmə xidmətini işə salmazdan əvvəl "Waymo" altı ay ərzində avtomobillərini insan sürücüləri ilə sınaqdan keçirib. Sonra, daha altı ay ərzində şirkət maşınların operator olmadan necə təhlükəsiz hərəkət edə biləcəyini sınaqdan keçirib. Jurnalistlər belə qənaətə gəliblər ki, Maskın son müddəti yaxınlaşır və "Tesla"nın vaxtı tükənir.

Töhfə Səməd

tag: Amerika,Tesla,İlon Mask,Robotaksi,todaypress.az,