"Telegram"da videoları açarkən diqqətli olun!
Android cihaz sahibləri üçün yeni təhlükə aşkarlanıb.
TodayPress xəbər verir ki, bu barədə “Exploit” məlumat yayıb.
Belə ki, kibercinayətkarlar "Telegram" vasitəsilə yayılan zərərli virusla istifadəçilərin hesablarını və şəxsi məlumatlarını ələ keçirməyə çalışırlar. Fırıldaqçılar zərərli proqramı video şəklində gizlədərək yayırlar. Faylı açmağa çalışan istifadəçilər əvvəlcə səsli zənglərlə qarşılaşır.
Daha sonra isə ekranda brauzerə keçmək və video oynatma proqramını yeniləmək üçün tələb görünür.
Lakin bu proses əslində istifadəçilərin cihazlarına zərərli proqramın yüklənməsinə səbəb olur.
Türkan İsgəndərli
tag: Telegram,Video,Xəbədarlıq,Kibercinayətkar,Todaypress.az,