Telefonları neçə ildən bir dəyişməliyik?

İKT

24.03.2025 10:10

2044

Smartfonun dəyişdirilməsi üçün optimal müddət təxminən 3-4 ildir.

TodayPress xəbər verir ki, bir çox qadcetlər məhz bu xidmət müddəti üçün nəzərdə tutulub.

Bildirilir ki, bir neçə ildən sonra smartfonlarda batareyanın tutumu nəzərəçarpacaq dərəcədə azalır. Eyni zamanda proqram məhdudiyyətləri yaranır və texniki xüsusiyyətlər köhnəlməyə başlayır. 

Maliyyə vəziyyətini nəzərə alaraq qulaqlıqların dəyişdirilməsi üçün isə bu müddət təxminən iki-dörd ildir. Naqilli modellər ehtiyatla istifadə edildikdə daha uzun müddət davamlı ola bilər, simsiz qulaqlıqlar isə nisbətən tez sıradan çıxır. 

Türkan İsgəndərli

tag: Telefon,Qulaqlıq,Proqram,todaypress.az,