Süni intellekt sınaqdan keçə bilmədi
"American Tow Center for Digital Jurnalism" ekspertləri süni intellektin (AI) internetdə məlumat axtarmaq qabiliyyətinin zəif olduğunu bildiriblər.
TodayPress xəbər verir ki, araşdırma təşkilatın saytında dərc edilib.
Alimlər müxtəlif süni intellekt modellərinə əsaslanan "chatbot"ların internetdə məlumatı nə qədər dəqiq axtardığını sınaqdan keçiriblər. Müəlliflər 20 nəşrdən 200 məqalə seçiblər və süni zəkadan orijinal məqalənin təfərrüatlarını istəyiblər.
Nəticədə AI cəmi 60 faiz mənbəyə keçid təqdim edib. Beləliklə, mütəxəssislər süni intellektin işinin nəticəsini uğursuz qiymətləndiriblər.
Türkan İsgəndərli
tag: Süni İntellekt, Sınaq, Mütəxəssislər,Alimlər ,todaypress.az,