Süni intellekt insanlardan daha zarafatcıldır
İKT
09.07.2024 08:58
Son bir neçə ildə sürətlə
inkişaf edən süni intellekt müxtəlif peşələri insanların əlindən alması qorxusunu meydana gətirib. İncəsənət və əyləncə sənayesi işçiləri də bu
siyahıdadır və keçən ilki Hollivud tətilləri zamanı bu məsələyə xüsusi diqqət
yetirildi.
TodayPress xəbər verir ki, qismən
bu narahatlıqların nə qədər real olduğunu yoxlamaq üçün tədqiqatçılar “ChatGPT”
və insanların zarafatlarını müqayisə ediblər. “PLOS
One” jurnalında dərc edilən araşdırmada 105 iştirakçıdan üç qaydaya uyğun
olaraq zarafat yazmaq istənilib. İştirakçılar akronimlərdən hazırcavab ifadələr
çıxarmalı, cümlələri yumoristik şəkildə tamamlamalı və hipotetik ssenarilərdə sərt
sarkastik zarafatlar etməli idilər.
“ChatGPT 3.5”-ə də eyni göstərişlər
verildikdən sonra hər iki tərəfdən zarafatlar qarışdırılaraq 200 nəfərə təqdim
edilib.
Kimin hansı zarafat etdiyini bilməyən
iştirakçıların 70 faizi süni intellektin daha gülməli olduğunu düşünüblər.
Respondentlərin 25 faizi insanların etdiyi zarafatlara üstünlük verib, 5 faizi
isə hər iki tərəfin eyni dərəcədə gülməli olduğunu düşünüb.
Araşdırmanı aparan Dru Qorensin fikrincə “ChatGPT" emosiyaları hiss etməsə də, innovativ zarafatları adi bir insandan daha yaxşı edir. Ona görə də bu araşdırma yaxşı zarafat bacarığının olması üçün həqiqətən yaxşı zarafat anlayışına ehtiyac olmadığını sübut edir.
Nəzrin Cavadzadə
tag: ChatGPT, PLOS One, Süni intellekt, Zarafat, todaypress.az,