Süni intellekt "Google"a inteqrasiya edir
"Google" axtarış hissəsində süni zəka funksiyasını test edib.
TodayPress xəbər verir ki, bu barədə şirkətin özü məlumat yayıb.
Məlumata görə, bu funksiya artıq dünyanın bütün istifadəçiləri üçün əlçatan olacaq.
Bundan əlavə, "AI Mode" adlı yeni axtarış rejimi təqdim olunacaq ki, bu da ənənəvi axtarışı süni zəka ilə interaktiv dialoqa çevirəcək.
Digər yenilik isə "AI Mode" adlanan süni zəka axtarış rejimidir. Bu, "Google" axtarış sisteminə birbaşa inteqrasiya olunan söhbət-botudur.
Hazırda "AI Mode" yalnız "Google One AI Premium" abunəçiləri üçün aktivdir. "Google"dan bildirilib ki, yeni texnologiyalar köhnə axtarış mexanizmlərini əvəz etmir, əksinə, onları təkmilləşdirir.
Türkan İsgəndərli
tag: Google,Aİ Mode,Süni,İntellekt,Todaypress.az,