“Starlink” güclü rəqabətlə üzləşdi

İKT

24.02.2025 14:08

2667

Amerikalı milyarder İlon Maskın “Starlink” peyk internet xidməti Çin dövləti tərəfindən dəstəklənən “SpaceSail”, Milyarder Ceff Bezosun “Amazon” şirkətinin “Kuiper” layihəsi və Kanadanın “Telesat” şirkəti kimi rəqiblərin güclü rəqabəti ilə qarşılaşır.

TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilir ki, Şanxayda yerləşən “SpaceSail”dan çox ölkə ilə danışıqlar aparır. İki ay sonra Qazaxıstanda fəaliyyətə başlayıb. Bu, Starlink-in alternativlərini dəstəkləyən bir çox hökumət tərəfindən müsbət qarşılanıb.

Çin 2030-cu ilə qədər 43.000 “LEO” peyki buraxmağı hədəfləyir. 

Çinin Qianfan (Min Yelkən) adlı peyki genişzolaqlı peyk internetinin beynəlxalq genişlənməsinə təkan verəcək. Bu proses Qərbdə Pekinin internet senzurasını qlobal miqyasda yayacağı ilə bağlı narahatlıqlara səbəb olub.

Həmçinin bir çox dünya ölkəsi Bezosun “Kuiper” layihəsi və “Telesat” ilə də danışıqlar aparır. Hazırda “Starlink” orbitdə 7000-ə yaxın peykə sahibdir və bu sayın onilliyin sonuna qədər 42.000-ə çatdırılması planlaşdırılır.

Nicat Osman

tag: Çin,İlon Mask,Starlink,Şəbəkə,todaypress.az,