"Starlink" dünyanın 120 ölkəsini əhatə edir
İKT
18.01.2025 09:40
"Starlink" peyk rabitəsi artıq 120 ölkədə mövcuddur.
TodayPress xəbər verir ki, bu barədə amerikalı sahibkar İlon Mask "X" sosial şəbəkəsində yazıb.
"Starlink", çatmaq çətin olan və uzaq bölgələrə yüksək sürətli genişzolaqlı internetə çıxışı təmin etmək üçün "SpaceX" tərəfindən hazırlanmış qlobal peyk sistemidir.
Sistem 5G standartına uyğun gələn 1 Gbit/s sürətlə internetə çıxışı təmin etmək üçün nəzərdə tutulub.
Qeyd edək ki, ilk "Starlink" peyki 2019-cu ildə buraxılıb və bu gün onların minlərlə peyki aşağı Yer orbitində fəaliyyət göstərir.
Günəş Mərd
tag: Strarlink,Mask,SpaceX,İnternet,Todaypress.az,