"SpaceX" Marsa pilotsuz kosmik gəmi göndərəcək

İKT

08.09.2024 14:00

İlon Maskın "SpaceX" şirkəti iki il sonra Marsa ilk pilotsuz "Starship" kosmik gəmilərini göndərəcək.

TodayPress xəbər verir ki, Mask, bu barədə "X" social şəbəkəsində paylaşım edib.

Bildirilib ki, bununla da planetə uçuşlar üçün növbəti buraxılış pəncərəsi açılacaq.

Onun sözlərinə görə, bu missiyanı pilotsuz həyata keçirilməkdə əsas məqsəd Marsa enişin təhlükəsizliyini yoxlamaqdır. Eniş uğurlu olarsa, "SpaceX" dörd il sonra Marsa ilk insanlı kosmik gəmi göndərməyi planlaşdırır.

Qeyd edək ki, iyun ayında "Starship" sınaqlardan uğurla keçərək kosmosdan qayıdıb və Hind okeanına enib.

Töhfə Səməd

 

tag: SpaceX, Peyk, ABŞ,İlon Mask, Epizod, todaypress.az,