"Skype" mayın 5-də bağlanacaq

İKT

02.05.2025 04:21

18

“Skype” platforması mayın 5-də bağlanacaq.

TodayPress xəbər verir ki, bu barədə “Microsoft”un texniki dəstək saytındakı məlumatda vurğulanıb.

“Siz mayın 5-dək “Skype”dan istifadəyə davam edə bilərsiniz” şirkətdən bildirilib.

Şirkət istifadəçi hesablarının “Microsoft Teams” xidmətinə veriləcəyini dəqiqləşdirib.

 “Skype” 2003-cü ildə istifadəyə verilib. 2011-ci ildə “Microsoft” həmin platformanı alıb. 2017-ci ildə isə şirkət “Skype”a bənzər “Teams” platformasını işə salıb və o vaxtdan bu günə qədər fəal şəkildə təbliğ edir.

tag: Skype, Microsoft, Teams,Şirkət, todaypress.az,