Simsiz qulaqlıqlar məlumat oğurluğu vasitəsinə çevrilə bilər

İKT

30.03.2025 19:40

900

Simsiz qulaqlıqlarda mövcud olan zəifliklər kibercinayətkarlar üçün izləmə, şəxsi məlumatların oğurlanması və hətta maliyyə fırıldaqları üçün yol aça bilər.

TodayPress xəbər verir ki, bu barədə “Qazinformservis” şirkətinin mühəndis-analitiki Yekaterina Edemskaya “RIA”ya açıqlama verib.

Onun sözlərinə görə, təhlükələr əsasən “Bluetooth” texnologiyasında və ya qulaqlıqların proqram təminatında (firmware) mövcud olan boşluqlardan qaynaqlanır. Bu boşluqlar hakerlərə gizli və təhlükəli müdaxilələr etmək imkanı yaradır.

Edemskaya bildirib ki, köhnəlmiş və ya zəif şifrələmə alqoritmləri ilə ötürülən səsli məlumatlar hakerlər tərəfindən “yarı-açıq formada” ələ keçirilə və daha sonra şəxsi məlumatlara çıxış əldə etmək məqsədilə deşifrə edilə bilər.

Mütəxəssis istifadəçilərə “Bluetooth 5.0” və daha yüksək versiyalı qulaqlıqlardan istifadə etməyi və simsiz bağlantını aktiv istifadə etmədikdə söndürmıəyi məsləhət bilib.

Qiymət Mahir

tag: Simsiz qulaqlıq,Texnologiya,Kibercinayətkarlıq,Xəbərdarlıq,todaypress.az,