"SİMA"nın işində nasazlıq yarandı - FOTO

İKT

09.01.2025 15:05

“SİMA” proqramında nasazlıqlar yaranıb.

TodayPress xəbər verir ki, proqramdan istifadəçilərə "dfvdfv" tipli hərf toplusundan ibarət ismarıclar gedib. 

Tətbiqdən dərhal xəbərdarlıq bildirişi gəlib və orada qeyd olunub ki, hadisə səhvən baş verib: 

"Hörmətli istifadəçilər, bildiriş funksionallığının təkmilləşdirilməsi zamanı bəzi istifadəçilərə səhvən test məqsədli bildiriş göndərilib. Müvəqqəti narahatlığa görə üzr istəyirik". 

Hələ ki, məlumatların təhlükəsizliyi və digər məsələlərlə bağlı açıqlama verilməyib. 

Qeyd edək ki, "SİMA" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən yaradılan bulud əsaslı yeni nəsil rəqəmsal imzadır. Mobil tətbiq əsaslı SİMA əlavə vasitələrə ehtiyac olmadan, istənilən yerdən və istənilən zaman daha rahat şəkildə elektron xidmətlər əldə etməyə imkan verir.

Töhfə Səməd

tag: Sima, Nasazlıq ,Proqram,Məsələ, todatpress.az,

photo