Sankt-Peterburq rəsmilərinə "Telegram" və "WhatsApp" qadağan edildi

İKT

12.09.2024 20:49

1239

Sankt-Peterburq rəsmilərinə “Telegram” və “WhatsApp” istifadəsi qadağan edilib.


TodayPress xəbər verir ki, bu barədə “Fontanka” nəşri məlumat yayıb .

 

Bildirilib ki, Sankt-Peterburqun dövlət hakimiyyətinin icra orqanlarında korrupsiya, məhdud giriş məlumatlarının məhv edilməsi və ya dəyişdirilməsi faktlarının qarşısını almaq, habelə bu cür faktlar üçün ilkin şərtlərin yaranmasının qarşısını almaq üçün qərar qəbul edilib.

 

Sentyabrın əvvəlində Sənaye və Ticarət Nazirliyinin əməkdaşlarına bununla bağlı məktub daxil olub. Onlara rəsmi qarşılıqlı əlaqə üçün dövlət qulluqçularının avtomatlaşdırılmış  məktublaşma sisteminə keçmələri tövsiyyə olunub.


Aynur TAC

tag: Whatsapp, Telegram,Sankt-Peterburq, Mesengger, Qadağa,todaypress.az,