“Samsung”un ən nazik smartfonunun qiyməti açıqlandı
İnsayderlər ultra nazik “Samsung Galaxy S25 Edge” smartfonunun buraxılış tarixini və təxmini qiymətini açıqlayıblar.
TodayPress xəbər verir ki, bu barədə “Gizmo China” nəşri məlumat yayıb.
Nüfuzlu “Ice Universe” mənbəsinin məlumatına görə, yeni məhsul gələn ay təqdim olunacaq.
Həmçinin iddia edilir ki, “Galaxy S25 Edge” cəmi 162 qram ağırlığında və 5,84 mm qalınlığında olmaqla rekord qıracaq.
Qiymətə gəlincə, insayderlər onun 999 dollardan başlayan “Galaxy S25 Plus”un qiyməti ilə oxşar olacağını bildiriblər.
Həmçinin “Galaxy S25 Edge”in digər “S25” seriyası modelləri kimi “Qualcomm Snapdragon 8 Elite” prosessoru ilə təchiz ediləcəyi gözlənilir.
Aysel Mətləb
tag: Samsung, Smartfon, İstehsal ,Telefon, todaypress.az,