“Samsung”da yeni funksiya
“Android 16” əsasında hazırlanan “One UI 8” interfeysi ilə gələcək “AI Video Summarize” adlı funksiya istifadəçilərə videoların məzmununu qısa şəkildə ümumiləşdirməyə imkan verəcək.
TodayPress xəbər verir ki, bu barədə “SammyGuru” portalı məlumat yayıb.
Agentliyin məlumatına görə, bu funksiya təkcə “YouTube” videoları ilə məhdudlaşmır. O, müxtəlif veb resurslarda yerləşdirilən istənilən video materialla işləyə bilir.
Həmçinin qeyd edilib ki, “Samsung”un yeni “One UI 8” interfeysi 2025-ci ilin yayında stabil versiyada təqdim olunacaq.
Aysel Mətləb
tag: “Android 16” ,Samsung,One UI 8,AI Video Summarize,todaypress.az,