"Samsung" yeni smartfon hazırlayır
"Samsung" şirkəti ekranı şaquli istiqamətdə sürüşərək böyüyən yeni smartfonun patentini alıb.
TodayPress xəbər verir ki, bu barədə "GizmoChina" saytı məlumat yayıb.
Patentə əsasən, cihaz yığcam ölçülüdür və iki kameralı sistemə malikdir. Kameralar LED işıqla təchiz olunub və cihazın üst hissəsində yerləşir.
Telefonun ekranının kənarları nazik, alt hissəsi isə bir qədər genişdir. Sürüşmə mexanizminə görə cihazın korpusu qalın olacaq.
Patentdə texniki göstəricilər və satış tarixi qeyd olunmayıb.
Qeyd edək ki, "Samsung" bu texnologiya üzərində 2019-cu ildən işləyir.
Türkan İsgəndərli
tag: ABŞ,Samsung, Smartfon, İstehsal ,Telefon, todaypress.az,